Prezident açıqladı: “Valverde bizim istədiyimiz baş məşqçidir”
“Barselona”nın prezidenti Xosep Maria Bartomeu, Çempionlar Liqasının yarımfinal mərhələsində “Liverpul”a məğlub olaraq mübarizəni dayandırdıqdan sonra istefaya göndəriləcəyi deyilən baş məşqçi Ernesto Valverde ilə bağlı açıqlama verib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, klub rəhbəri, 55 yaşlı mütəxəssisin göndəriləcəyi ilə bağlı yayılan xəbərləri yalanlayıb:
“Valverde bizim istədiyimiz baş məşqçidir. Prezident olaraq mən və rəhbərlik baş məşqçinin arxasındayıq. Onunla davam edən bir müqaviləmiz var. Üstəlik, müqaviləni daha bir il uzatmaq seçimimiz də var. Planımız bu seçimdən istifadə etməkdir. İspaniya kubokunun final matçından sonra nələr olacağını görəcəyik”.
Mövsümü dəyərləndirən prezident, Çempionlar Liqasındakı uğursuzluq haqqında danışıb:
“Bizim üçün möhtəşəm keçən bir mövsüm oldu. Hədəfimiz əvvəlcə La Liqanı qazanmaq, sonra isə ölkə kubokunda və Çempionlar Liqasında qalib gəlmək idi. Bundan sonra da hər zaman daha artığını istəyəcəyik. Qarşıda kubokun finalı var. Hər kəs Çempionlar Liqasında mübarizəni dayandırdığımız oyun haqqında danışır. Komanda olaraq özümüzü toplamalı və qarşıdakı final matçında qalib gəlməliyik”.
Bizi Facebook-da izləyin