Prezident açıqladı: “Bavariya”dan onu istəyirik”

İspaniyanın “Atletik” klubu “Bavariya”dan Xavi Martinesi transfer etmək niyyətindədir.

Komanda.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin prezidenti Aytor Elizeqi yerli mətbuata açıqlamasında deyib:

“Martinesi transfer etmək istəyirik. “Bavariya” ilə ilkin danışıqlarımız da olub. “Atletik”in büdcəsi Martines üçün maksimum 20 milyon avro ödəməyə imkan verir. Daha çox versək, maliyyə cəhətdən problemlər yaşayacağıq.

Hazırda maliyyə cəhətdən problemimiz yoxdur. Klub rəhbərliyi ilə birgə, Martinesin transfer edilməsinə qərar verdik”.

Bir müddət əvvəl Martines də Almaniya mətbuatına açıqlamasında, “Atletik”ə qayıtmaq istədiyini demişdi.

2006-2012-ci illər aralığında “Atletik”də forma geyinən 30 yaşlı futbolçu, 2012-ci ildə 40 milyon avro qarşılığında “Bavariya”ya transfer edilmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button