“Premyer Liqa dünyanın ən çətin liqasıdır”
“Liverpul”un müdafiəçisi İbrahima Konate İngiltərə Premyer Liqasının səviyyəsindən danışıb.
Komanda.az Mersisayd klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, fransalı futbolçu Premyer Liqanın dünyanın ən çətin liqası olduğunu bildirib:
“Premyer Liqa dünyanın ən çətin liqasıdır. İstənilən komandaya qarşı oynamaq çətindir, məncə, hamı belə düşünür. İstirahət edə biləcəyiniz bir zamanınız yoxdur. Digər çempionatlarda, o cümlədən Bundesliqada çıxışımı xatırlayanda, həmişə asan oyunlar olub, amma burada belə deyil. Həmişə işləməli, məşq etməli, diqqətini cəmləməlisən”.
“Liverpul” bu gün ölkə çempionatı çərçivəsində səfərdə “Nottingem Forest”lə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin