“Premyer Liqaya vəsiqə qazanmaq istəyirik” – Ramiz Məmmədov
“Şamaxı”nın baş məşqçisi Ramiz Məmmədov Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 0:6 hesabıyla uduzduqları qarşılaşmadan sonra bunları söyləyib:
“Oyunun gərgin keçəcəyini gözləyirdik. Premyer Liqa klubuna qarşı oynayırdıq. “Səbail”in güclü olduğunu bilirdik. Sürətli, texnikalı futbolçuları çoxdur. İlk yarıda aparıcı oyunçulara istirahət vermişdi, gücü ikinci hissəyə saxlamışdılar. Futbolçular verdiyimiz tapşırıqları yerinə yetirə bilmədilər. Təcrübəsizliklərini göstərdilər. Buna baxmayaraq, komandamın oyunundan heç bir narazılıq yoxdur. Bizim məqsədimiz bəllidir, Premyer Liqaya vəsiqə qazanmaq istəyirik. İşimiz də bu yöndə gedir. MOİK-lə oyundan sonra komandamızda yeni adlar görəcəyik. Güclənməyə ehtiyac var. İnanıram ki, azərbaycanlılarla birinci liqada çempion olub, Premyer Liqaya qayıdacağıq. Sübut edəcəyik ki, Azərbaycanda futbolçu da var, məşqçi də. Sadəcə, Azərbaycanda infrastrukturu düzgün qurmalıyıq ki, həmin futbolçular yetişsin. Biz onlara şərait yaratmalıyıq. “Səbail”ə də gələcək oyunlarda uğurlar arzu edirəm”.
Bizi Facebook-da izləyin