Premyer Liqanın ən çox və ən az pul xərcləyənləri
İngiltərə Premyer Liqasının klubları arasında gəlir və xərclər baxımından ən yaxşı tarazlığa “Mançester Siti” sahibdir (+116 milyon avro).
Komanda.az “Transfermarkt”-a istinadən xəbər verir ki, yay transfer pəncərəsinin nəticələrinə əsasən, “şəhərlilər” 25 milyon xərcləyib və 141 milyon avroya oyunçu satıb.
“Brayton” İngiltərə Premyer Liqasının yay bazarının sonunda ən pis transfer balansına sahibdir (-182,9 milyon avro). “Qağayılar” 231 milyon xərcləyib və 48,2 milyon avroya oyunçu satıblar.
İngiltərə çempionatında iştirak edən klublar arasında futbolçu alışına ən çox pul xərcləyən “Çelsi”dir – 261 milyon avro.
Premyer Liqanın iki turundan sonra “Mançester Siti” 6 xal toplayıb və 1-ci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin