Premyer Liqanın ən sərrastı – Mahir Mədətov
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2018/19 mövsümünün ən məhsuldar oyunçusu “Qarabağ”ın hücumçusu Mahir Mədətov oldu.
Komanda.az xəbər verir ki, sonuncu turda bombardirliyi şərikli bölüşdürdüyü Baqali Dabonun şərəfini qoruduğu “Neftçi”yə qarşı görüşdə dubla imza atan 21 yaşlı futbolçu 16 qolla çempionatın ən sərrast futbolçusu seçilib.
Qarşılaşma başa çatandan sonra keçirilən mükafatlandırma mərasimində Mədətova xüsusi hədiyyə təqdim edilib. Hücumçuya mükafatı AFFA prezindenti Rövnəq Abdullayev təqdim edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin