Premyer Liqanın təqvimində məcburi dəyişiklik
Futbol üzrə İngiltərə Premyer Liqasının təqvimində dəyişiklik edilib.
Komanda.az xəbər verir ki, yanvarın 14-nə nəzərdə tutulan 18-ci turun “Aston Villa” – “Tottenhem” matçı qeyri-müəyyən müddətə təxirə salınıb.
Bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb. Buna meydan sahiblərinin heyətində koronavirusa kütləvi yoluxma səbəb olub.
Əvəzində London təmsilçisi həmin gün evdə “Fulhem”lə qarşılaşacaq. Ötən il dekabrın 30-da oynanılmalı olan qarşılaşma da eyni səbəbdən baş tutmamışdı.
Təqvimdəki dəyişiklik nəticəsində “Fulhem” klubunun “Çelsi” ilə oyunu yanvarın 15-dən 16-na təxirə salınıb.
Həmçinin “Aston Villa” – “Everton” qarşılaşması yanvarın 16-da yox, 17-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin