
Premyer Liqanın 3 klubu “Real”ın hücumçusunu izləyir
“Real”ın hücumçusu Qonsalo Qarsiya İngiltərə Premyer Liqasının aparıcı klublarının diqqət mərkəzinə düşüb.
Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, Premyer Liqanın üç top-klubu Qarsiyanı heyətinə qatmaq niyyətindədir.
Hələlik konkret adlar açıqlanmasa da, ispaniyalı futbolçunun özü “Real”dan ayrılmaq istəmədiyini bildirib. Onun müqaviləsində 50 milyon avroluq sərbəstqalma maddəsi yer alır.
21 yaşlı forvard Klublararası dünya çempionatında özünü parlaq şəkildə göstərərək, qrup mərhələsində keçirdiyi üç oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



