Premyer Liqanın taleyinə aydınlıq gəlir

Koronavirus pandemiyası səbəbiylə dayandırılan İngiltərə Premyer Liqası ilə bağlı məsələlərə cümə günü aydınlıq gələcək.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, çempionatın taleyi ilə bağlı sabah növbəti iclas keçiriləcək. İclasda liqanın davam edib-etməyəcəyi, futbolçuların müqavilələri və maliyyə məsələləri müzakirə ediləcək. Premyer Liqanın əksər klubu çempionatın iyunun sonunadək tamamlanmasını istəyir. Məlumata görə, müqaviləsi iyunun sonunda bitən futbolçular, çempionat tamamlanmasa belə, komandalarından ayrıla biləcək. Klublar, bu futbolçuların mövsüm tamamlanmamış komandadan ayrılmasını istəmirlər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button