Premyer Liqanın Rusiyada yayımı rəsmən dayandırıldı

İngiltərə Premyer Liqasının oyunlarının Rusiyada yayımı rəsmən dayandırılıb.

Komanda.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb. Rusiyanın Ukraynaya hücumuna görə belə qərar verildiyi bildirilib.

Premyer Liqanın yaydığı bəyanatda Ukrayna xalqına maddi və mənəvi dəstək olunduğu qeyd edilib:

“İngiltərə Premyer Liqası və onun klubları bu gün yekdilliklə “Rambler”in Rusiya yayım tərəfdaşı “Okko Sport” ilə əməkdaşlığı dayandırmaq qərarına gəliblər. Qərar dərhal qüvvəyə minir. Liqa həmçinin, Ukrayna xalqına dəstək üçün 1 milyon funt sterlinq ianə etməyi qərara alıb. 

Premyer Liqa rəhbərliyi Rusiyanın Ukraynaya təcavüzünü qətiyyətlə pisləyir. Biz sülhə çağırırıq və zərər çəkənlərin hamısına mənəvi dəstək veririk”,

Daha əvvəl “böyük beşlik” ölkələrindən Fransa da Liqa-1-in Rusiya ərazisində yayımına qağada qoyub.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button