Premyer Liqanın ən gənc hücumçusu “Liverpul”da?

“Liverpul” heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, Mersisayd təmsilçisi “Fulhem”dən Harvi Elliotu transfer etməyə yaxındır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Xəbərdə, “Liverpul”un 16 yaşlı hücumçuyla razılığa gəldiyi bildirilir.

Elliot, Premyer Liqa oyunlarında iştirak edən ən gənc futbolçu ünvanına sahibdir. O, 16 yaş 30 günlüyündə ötən mövsümdə “Vulverhempton” – “Fulhem” matçının 88-ci dəqiqəsində meydana daxil olaraq, Premyer Liqanın tarixinə düşüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button