“Premyer Liqanın qalibi olmaq istəyirik”
İngiltərə Premyer Liqasının 18-ci turu çərçivəsində “Brayton”a 1:0 hesabı ilə qalib gələn “Mançester Siti”in futbolçusu Fil Foden açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “şəhərlilər”in yeganə qolunun müəllifi olan Foden, oyundan məmnun qaldığını bildirib:
“Komanda üçün əlimizdən gələnin ən yaxşısını edirik. Son bir neçə matçda inamlı oyun göstəririk. Bəlkə də, daha yaxşısını edə bilərdik, amma komandamla qürur duyuram. Qol vurduğum üçün xoşbəxtəm. Bu tempi saxlamağa çalışmalıyıq. Premyer Liqanın qalibi olmaq istəyirik”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin