
Premyer Liqanın prezidenti istefa verdi
Rusiya Premyer Liqasının prezidenti Sergey Pryadkin vəzifəsindən ayrılıb.
Komanda.az “Sport-Ekspress”ə istinadən xəbər verir ki, 60 yaşlı futbol funksioneri öz istəyi ilə istefa verib.
Pryadkin 2007-ci ildən qurumun prezidenti idi. O, yanvarın 16-da növbəti beş illik müddət üçün yenidən seçilmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin