
Premyer Liqanın oyunlarını Azərbaycanda bu telekanal yayımlayacaq
2023/24 mövsümü üzrə İngiltərə Premyer Liqasının oyunları “İdman” TV-dən yayımlanacaq.
Komanda.az xəbər verir ki, bu barədə “İdman” TV-nin əməkdaşı Rövşən Binnətli sosial şəbəkə hesabında məlumat verib. O, məsələ ilə bağlı bunları deyib:
“İngiltərə Premyer Liqası “İdman” TV-də! Milli çempionatların tacı sayılan əsrarəngiz mübarizədən, təbii ki, azarkeşi olduğunuz komandanın oyunundan zövq almaq arzusu ilə”.
Xatırladaq ki, ötən mövsüm Premyer Liqanın matçları “İctimai” TV-dən yayımlanmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin