Premyer Liqanın 2 klubu Sançonu almağa hazırdır

“Mançester Yunayted”in hücumameyilli yarımmüdafiəçisi Ceydon Sanço qışda klubunu tərk edə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haqla münaqişəsi olan futbolçunu “Aston Villa” və “Kristal Pelas” almağa hazırdır.

Sentyabrın 3-də Sanço sosial şəbəkədə Premyer Liqanın 4-cü turunda “Arsenal”la oyunda (1:3) heyətdə yer almamasını məşqdə zəif çalışması ilə izah edən Erik ten Haqın sözlərinə cavab verib. Sanço baş məşqçinin dediklərini yalan adlandırıb. Yarımmüdafiəçi daha sonra bu yazını silib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button