Premyer Liqanın daha bir klubu Antalyada

Azərbaycan Premyer Liqasında çıxış edən daha bir komanda Türkiyəyə yollanıb.

Komanda.az xəbər verir ki, “Zirə”nin ardından bu dəfə “Səbail” Antalya şəhərinə gedib.

Bakı klubu yanvarın 17-dək Türkiyədə təlim-məşq toplanışında olacaq. Yeni baş məşqçi Şahin Diniyev bu müddətdə 3 yoxlama görüşündə komandasını sınayacaq. “Səbail” yanvarın 8-də “Legiya” (Polşa), 12-də “Bohemians” (Çexiya), 16-da isə “Spartak”la (Serbiya) üz-üzə gələcək.

“Dənizçilər” 10 xalla Premyer Liqada sonuncu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button