Runinin seçimi: Premyer Liqada cari mövsümün ən yaxşı 5 futbolçusu

İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runi bu mövsüm Premyer Liqanın ən yaxşı futbolçuları haqqında fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu “Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandesi beşinci yerə qoyub, onun klub üçün uğurlu olmayan bir mövsümdə sabitliyini qeyd edib.

“Nottingem Forest”lə yaxşı mövsüm keçirən Morqan Gibbs-Uayt 4-cü olub.

Runi üçüncü yerə “Çelsi”nin oyunçusu Koul Palmeri layiq görüb. Palmer son vaxtlar mövsümün əvvəlində vurduğu qolları vurmur, amma hələ də londonluların nəticələrinə təsir edir.

Runinin ikinci seçimi “Nyukasl”ın forvardı Aleksander İsak, birincisi isə “Liverpul”un hücumçusu Məhəmməd Salahdır. Misirli forvard bu mövsüm bütün turnirlərdə 47 matçda iştirak edib, 32 qol vurub və 23 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button