Premyer Liqanın 8 klubu “Mançester Siti”yə qarşı çıxdı

İngiltərənin Premyer Liqa klubları “Mançester Siti”nin növbəti mövsümdə Çempionlar Liqasında iştirak etməsinə qarşıdır.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Liverpul”, “Mançester Yunayted”, “Lester”, “Arsenal”,”Tottenhem”, “Çelsi”, “Vulverhempton” və “Bernli” klubları İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət ediblər. Sözügedən klublar “şəhərlilər”ə qarşı qərarın qüvvədə qalmasını və onların növbəti mövsümdə ÇL-də iştirak etməməsini istədiklərini bildiriblər.

UEFA bir müddət əvvəl “Mançester Siti”ni feyr-pley qaydalarını pozduğu üçün iki mövsümlük avrokuboklarda iştirakdan məhrum edib. Klub bu qərardan sonra CAS-a şikayət etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button