“Neftçi”dən Səlahət Ağayevin durumu ilə bağlı açıqlama
Premyer Liqanın 7-ci turu çərçivəsində oktyabrın 5-də “Səbail” klubu ilə keçirilmiş oyunun (2:1) ilk hissəsində zədələnərək fasilədə əvəzlənən “Neftçi”nin futbolçusu Səlahət Ağayevin vəziyyətinə aydınlıq gəlib.
Komanda.az “ağ-qaralar”ın saytına istinadən xəbər verir ki, tibbi baxışın nəticələrinə görə, təcrübəli qapıçı pubalgiya (oturaq sümüyünün iltihabı xəstəliyi) diaqnozu ilə bir həftə müalicə olunacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin