Premyer Liqada 80-ci debütant

Premyer Liqanın 4-cü turunun “Sumqayıt”la səfər qarşılaşması “Zirə”də daha bir debütlə əlamətdar olub.

Komanda.az “Zirə”nin “facebook” səhifəsinə istinadən xəbər verir ki, Sumqayıt şəhər stadionundakı görüş Nicat Süleymanovun “qartallar”ın heyətindəki ilk rəsmi matç kimi tarixə düşüb.

“Zirə”nin 2:1 hesabı ilə qalib gəldiyi görüşə start heyətində çıxan 21 yaşlı yarımmüdafiəçi klub tarixinə Premyer Liqada şans qazanan 80-ci futbolçu kimi düşüb. O, həm də, “Zirə”nin formasını yüksək dəstədə daşıyan 40-cı yerli oyunçudur.

Sumqayıtdakı görüşədək “qartallar”ın heyətində 39-u yerli, 40-ı legioner olmaqla 79 futbolçu çıxış etmişdi.

Nicat debütü cari mövsümdə gerçəkləşən 8-ci oyunçudur. İlk turda Elvin Camalov, Cavid Hüseynov, Boyan Zoqoviç, Anastasios Papazoqlu, Soni Norde, ikinci oyunda Miloş Bakraçla Alvaro Ampuero bunu gerçəkləşdirmişdi.

Süleymanov “Zirə”nin tarixində bütün turnirləri nəzərə almaqla 117-ci futbolçu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button