“Sabah”ın futbolçusu: “Mənə hörmət etmələrini və üzr istəmələrini xahiş edirəm!”
Premyer Liqanın 24-cü turu çərçivəsində keçirilən “Sabah” – “Neftçi” matçından (2:2) sonra qonaq komandanın baş məşqçisi Samir Abasov “Sabah”ın qapıçısı Saşa Stamenkoviçlə bağlı xoşagəlməz ifadələr işlədib. Abasov, oyun ərzində Stamenkoviçin vaxtı qəsdən uzatdığını iddia edərək, narazılığını kəskin formada ifadə edib.
Bir vaxtlar “Neftçi”nin də formasını geyinən Saşa, Abasovun fikirlərinə münasibət bildirib. Komanda.az-a açıqlama verən 36 yaşlı qapıçı, Abasovdan üzr gözlədiyini bildirib:
“Mən özüm də “Neftçi” azarkeşiyəm. Bu klubun qazandığı son kuboku mən öz əllərimlə gətirmişəm. Bunu bilmirlərsə, “Neftçi” azarkeşlərindən soruşsunlar. “Neftçi”nin məşqçisindən və qapıçısından xoşagəlməz sözlər eşitdim. Onlardan üzr istəmələrini gözləyirəm.
Mən Samir Abasova nə futbolçu, nə də məşqçi kimi uduzmuşam. Buna görə də, mənə hörmət etmələrini və üzr istəmələrini xahiş edirəm!”
Şahin Cəfərov
Bizi Facebook-da izləyin