Premyer Liqanın 2 klubunun hədəfindədir – “Kəpəz”in hücumçusu

“Kəpəz”in hücumçusu Abdullahi Şuaybu yayda klubunu dəyişə bilər.

Komanda.az-ın əldə etdiyi məlumata görə, nigeriyalı futbolçunun xidmətində Azərbaycan Premyer Liqasında çıxış edən klublardan ikisi maraqlıdır. Söhbət “Zirə”dən və “Qəbələ”dən gedir.

2022-ci ilin yayında Gəncə klubuna keçən Şuaybunun müqaviləsinin müddəti 1+1 illikdir. Bu yay onun “Kəpəz”lə müqaviləsinin bir ili tamam olacaq. Futbolçu daha sərfəli təklif alacağı halda, klubla müqaviləsinin daha bir il uzadılması variantından imtina edəcək. “Kəpəz” rəhbərliyi isə komandanın ən sərrast futbolçusunun gedişində maraqlı deyil. Amma məsələ burasındadır ki, gəncəlilərin Şuaybunu saxlamaq üçün o qədər büdcəsi yoxdur. Ən azı, onu heyətində görmək istəyən başqa klublar qədər.

“Kəpəz” Azərbaycan Premyer Liqasında 31 turdan sonra 29 xalla 7-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button