Premyer Liqanın 14 ən yaraşıqlı futbolçusundan biri – Yazı+Fotolar

“Tottenhem”in vingeri Son Hın Min yüksəlişdədir. O, keçən mövsüm Premyer Liqanın bombardiri oldu. Yeni mövsümdə də eyni hədəfə köklənib. Futbol heç, Sonun başqa tərəfi də var. O, vətənində – Cənubi Koreyada çox populyardır. Koreya brendləri reklamlarda futbolçunu göstərmək və satışlarını bir neçə dəfə artırmaq üçün növbəyə durub. Son da modanın böyük pərəstişkarıdır axı. Onun bir neçə moda müqavilələri var. Bu yaxınlarda isə öz brendini də təsis edib.

Britaniyada aparılan sorğuya görə, Son Premyer Liqanın 14 ən yaraşıqlı və dəblə geyinən futbolçusundan biridir. “Arsenal”ı parçalayan canavar, mükəmməl saç düzümü və reklam lövhəsindən axan təbəssüm. Sonun üslubu yaxşı düşünülüb. O, xüsusilə, bahalı cins şalvarlara və bədənə bir qədər sərbəst oturan ağ köynəklərə üstünlük verir”, – ekspert Finli Renvik yazır.

Son ötən il verdiyi müsahibədə belə deyib: “Məncə, gözəl görünmək və zövqlə geyinmək çox vacibdir. Ən sevdiyim geyim isə qış paltosudur. Soyuq olanda qalın paltar geyinməyi xoşlayıram. Şortlar, köynəklər isə yayda ən çox istifadə etdiyim geyimlərdir”.

Futbolçu başqa bir müsahibəsində üslubunun çox sadə olduğunu bildirib: “Cins şalvarla adi köynək geyinməyi xoşlayıram. Məşqə gedəndə isə “şap-şap” geyinməyə üstünlük verirəm. Bu, mənim həyat tərzimlə eynidir – çox sadədir”.

Sonu təmsil edən agentliyin bosslarından birinin sözlərinə görə, dəblə geyinməsi koreyalını moda müqavilələrinə cəlb etməyə imkan verir. O, bu yaxınlarda ingilis brendi “Burberry”nin səfiri olub. Ötən ilin iyununda Son tennis brendi “Polo Ralph Lauren”in reklamında çəkilib.

Bu ilin iyun ayında isə o, öz geyim markası NOS7-ni təqdim etdi. O, “qızıl buts”la Koreyaya uçaraq təqdimat üçün ən doğru zamanı seçmişdi. Ağ köynəkdə NOS loqosu aydın görünürdü. Əvvəlcə pərəstişkarları bunu Son-un tərs oxunuşu kimi qəbul etdilər. Lakin məlum oldu ki, brend “Nothing, Ordinary Sunday” (“Heç nə, adi bazar günü”) adlanır.

İyunun 17-də Seulda Sonun brendinin müvəqqəti mağazası açıldı. İlk gün bu məhsullardan almaq istəyənlər 3 saat növbədə dayanmalı oldular.

Bizi Telegramda izləyin

Komanda.az

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button