Superkompüter Premyer Liqada klubların çempionluq şanslarını dəyərləndirdi

“Liverpul” hazırkı İngiltərə Premyer Liqasının əsas favoritidir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Opta” superkompüteri Arne Slotun komandasının çempionluq şansını 85,8 faiz qiymətləndirib.

Siyahıda ikinci yeri “Arsenal” tutub. Mikel Artetanın komandasının qələbə ehtimalı 14,1 faizdir. Hazırkı İngiltərə çempionu “Mançester Siti”nin şansı cəmi 0,1 faizdir.

“Liverpul” Premyer Liqanın 25 turundan sonra 60 xalla turnir cədvəlinə başçılıq edir. “Arsenal”ın 53 xalı var və 2-ci yerdədir. “Nottingem Forest” (47) üçüncüdür, “Mançester Siti” (44) isə ilk dördlüyü tamamlayır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button