Premyer Liqanın əsas favoriti açıqlandı

“Opta” analitikləri İngiltərə Premyer Liqasında çempionluq ehtimallarını superkompüter vasitəsilə hesablayıblar.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, mövsümün səkkiz turundan sonra əsas favorit kimi “Arsenal” göstərilib.

Mikel Artetanın komandası çempionluq yarışında 51,74 faiz ehtimalla birinci yerdə qərarlaşıb. Onların əsas rəqibi kimi hazırkı ölkə çempionu – “Liverpul” göstərilir. Arne Slotun komandasının qələbə şansı 21,61 faiz qiymətləndirilib. İlk üçlüyü isə 16,7 faiz göstərici ilə “Mançester Siti” tamamlayır.

Hazırda Premyer Liqanın turnir cədvəlinə 19 xalla “Arsenal” başçılıq edir. “Mançester Siti” 16 xalla 2-ci, “Liverpul” isə 15 xalla üçüncü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button