Premyer Liqanın ən yaxşı baş məşqçisi və futbolçusu adına namizədlər

İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı baş məşqçisi və futbolçusu adına namizədlər məlum olub.

Komanda.az turnirin saytına istinadən xəbər verir ki, “Mançester Siti”dən Xosep Qvardiola, “Liverpul”dan Yurgen Klopp, “Vulverhempton”dan Nunu Santu və “Tottenhem”dən Maurisio Poçettino mövsümün ən yaxşı baş məşqçisi adına namizəd göstərilib.

“Mançester Siti”dən Serxio Aquero, Rahim Sterlinq, Bernardo Silva, “Liverpul”dan Vircil Van Dayk, Sadio Mane, Məhəmməd Salah və “Çelsi”dən Eden Hazard isə mövsümün ən yaxşı futbolçusu adına namizəd olub.

Qalib, Premyer Liqanın rəsmi saytında azarkeşlər arasında keçirilən sorğu nəticəsində müəyyənləşəcək. Mövsümün ən yaxşılarının adı mayın 14-də açıqlanacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button