Premyer Liqanın ən sürətlisi

“Mançester Siti” Premyer Liqanın 17-ci turunda “Lids”i məğlub edib (3:1).

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, həmin matçda dubla imza atan Erlinq Haland Premyer Liqada vurduğu qolların sayını 20-yə çatdırıb. Norveçli hücumçu 14 oyuna çıxmaqla bu uğura imza atıb.

Öncədən Kevin Fillips Premyer Liqada 21 matçda 20 qol vurub.

Hazırda “Mançester Siti” 35 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində 2-ci pillədədir. “Lids” isə 15 xalla 15-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button