“Onun daha iki il burda qalması bizi xoşbəxt edir” – “Mançester Siti”nin futbolçusu
“Mançester Siti”nin futbolçusu Emerik Laport açıqlama verib.
Komanda.az xəbər verir ki, “şəhərlilər”in bir neçə gün əvvəl baş məşqçisi Pep Qvardiola ilə yeni müqavilə imzalaması barədə danışan Laport, bunları deyib:
“Bu xəbərdən hamımız məmnunuq. Onun daha iki il burda qalması bizi xoşbəxt edir. Pepin komandadakı işini hamımız gördük. Komanda onunla bir çox titullar qazandı. Kubok qazanmaq hər zaman onun əsas hədəfi olub. Premyer Liqanı və Çempionlar Liqasını qazanmaq istəyirik. Ümid edirəm ki, bu il hər ikisini qazanarıq. Rəqiblərimizi məğlub etmək üçün sona qədər mübarizə aparacağıq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin