Premyer Liqanı tərk edən klubda “yarpaq tökümü” başlayır

On nəfərə yaxın futbolçu “Lester” klubunu tərk edə bilər.

Komanda.az xəbər verir ki, bu barədə İngiltərənin “The Mirror” nəşri məlumat yayıb.

Premyer Liqanın bəzi top klubları “Lester”in futbolçuları ilə maraqlanır. 2022/23 mövsümünün nəticələrinə görə Premyer Liqanı tərk edən klubda bu yay xüsusən də, Harvey Barnes və Ceyms Meddisonun gedəcəyi gözlənilir. 26 yaşlı Meddison üçün “Lester” ən azı 57,5 milyon avro istəyir.

Bundan əlavə, Çağlar Söyüncü, Conni Evans, Daniel Amarti, Rayan Bertrand, Nampalis Mendi, Ayoze Perez və Yuri Tilemans kimi futbolçuların da iyunun sonunda “Lester”lə vidalaşacağı deyilir. Böyük ehtimalla, Vilfrid Ndidi də “tülkülər”dən ayrılacaq.

2022/23 mövsümünün nəticələrinə görə “Lester”, “Lids” və “Sauthempton” Premyer Liqanı tərk edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button