Premyer Liqanı tərk edən daha bir klub bəlli oldu

Futbol üzrə İngiltərə Premyer Liqasını tərk edəcək ikinci klub da müəyyənləşib.

Komanda.az xəbər verir ki, ötən gecə 33-cü tur çərçivəsində səfərdə “Uotford”a 1:4 hesabıyla məğlub olan “Fulhem”in də elitadan gedəcəyi dəqiqləşib.

Sona 5 tur qalmış 20 iştirakçı arasında 19-cu pillədə qərarlaşmış bu klubun təhlükəli zonanı tərk etməsi artıq mümkünsüzdü. 33 oyuna cəmi 17 xal toplamış “Fulhem” 17-ci pillədə qərarlaşan və 1 oyun az keçirən “Bernli”yə çatması mümkün olmadığından London klubu növbəti mövsümdən Çempionşipdə çıxış edəcək.

Premyer Liqanı tərk etməsi dəqiqləşən ilk klub isə hazırda 14 xalla sonuncu pillədə yer alan “Haddersild”di.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button