Kazemiro çempion olacaqlarına inanır

“Mançester Yunayted”in braziliyalı yarımmüdafiəçisi Kazemiro komandasının yeni mövsümdə İngiltərə Premyer Liqasını qazanacağına inandığını bildirib.

Komanda.az xəbər verir ki, GQ nəşrinə danışan futbolçu, “qırmızı şeytanlar”ın çempionluq üçün əsas favorit olduğunu vurğulayıb.

Ruben Amorimin rəhbərlik etdiyi “Mançester Yunayted” Premyer Liqanın ilk turunda, avqustun 17-də “Old Trafford”da “Arsenal”ı qəbul edəcək.

“Mançester Yunayted” son mövsümdə uğursuz çıxış edərək, Premyer Liqanı 42 xalla turnir cədvəlinin 15-ci pilləsində tamamlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button