Premyer Liqadan Liqa 1-ə

Fransanın “Bordo” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi İngiltərənin “Fulhem” klubunun mərkəz müdafiəçisi Jan Mişel Serini heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Fil Dişi Sahili yığmasının 29 yaşlı üzvü mövsümün sonuna qədər icarəyə götürülüb.

Qeyd edək ki, Seri 2018-ci ildən “Fulhem”də çıxış edir. O, ötən mövsüm “Qalatasaray”da da icarədə oynayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button