Premyer Liqadan 2 təklif var – Türk futbolçuya
“Lill”in türkiyəli yarımmüdafiəçisi Yusif Yazıçı karyerasını İngiltərə Premyer-Liqasında davam etdirə bilər.
Komanda.az xəbər verir ki, bu il Premyer-Liqaya vəsiqə qazanan 2 klub – “Fulhem” və “Şeffild Yunayted” Yazıçının xidmətində maraqlıdır. Tərəflər arasında danışıqların başladığı da bildirilir.
Məlumata görə, “Lill” Yazıçı üçün 13,5 milyon avro tələb edir.
25 yaşlı futbolçunun Fransa klubu ilə müqaviləsi 2024-cü ilin yayına qədər nəzərdə tutulub. O, ötən mövsümün ikinci yarısını icarə əsasında Moskva ÇSKA-sında keçirib. Yazıçı Rusiya klubunda keçirdiyi 12 oyunda 8 qol vurub, 2 qol ötürməsi edib.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin