Premyer Liqada yeni mövsümün ilk qolu vuruldu
Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün ilk qolu vurulub.
Komanda.az xəbər verir ki, “siftə”ni “Araz-Naxçıvan”la “Turan Tovuz” arasında keçirilən açılış oyununda qonaq komanda edib.
Görüşün 53-cü dəqiqəsində Martin Petkov fərqlənib. Bolqarıstanlı hücumçu ilk qolun müəllifi olmaqla komandasını hesabda önə keçirib.
1-ci turun ilk qarşılaşması “Dalğa Arena”da keçirilir və hazırda Tovuz təmsilçisi 2:0 hesabıyla öndədir. Qonaqların ikinci qolunu Otto Con vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin