
Premyer Liqada tarixi hadisə baş verəcək
İngiltərə Premyer Liqasında tarixi hadisə baş verəcək.
Komanda.az xəbər verir ki, ilk dəfə bir oyunda qadın hakim fəaliyyət göstərəcək.
Belə ki, Rebekka Uelç 11-ci turun “Fulhem” – “Mançester Yunayted” matçına təyinat alıb. 39 yaşlı FIFA referisi həmin qarşılaşmanın dördüncü hakimi olacaq.
“Fulhem” – “Mançester Yunayted” matçı noyabrın 4-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin