“Mançester Siti” çempion!
Bu gün İngiltərə Premyer Liqasında 2018/19 mövsümünə yekun vurulub.
Komanda.az xəbər verir ki, mövsümün sonuncu – 38-ci turunun bütün qarşılaşmaları eyni gündə və saatda keçirilib.
Lider “Mançester Siti” “Brayton” səfərinə yollanıb. “Şəhərlilər” qələbə qazanacağı təqdirdə, çempionluğunu elan edəcəkdi. Hesabı meydan sahibləri açsa da, darmadağınla qalib gələn Mançester təmsilçisi çempionluğu rəsmiləşdirib.
MS-nin əsas izləyicisi “Liverpul” isə “Vulverhempton”la qarşılaşıb və inamlı qələbəyə sevinib.
“Arsenal” “Bernli”ni, “Çelsi” isə “Lester”i sınağa çəkib. “Topçular” qalib gəldiyi halda, “zadəganlar” mövsümü heç-heçə ilə yekunlaşdırıblar.
İngiltərə Premyer Liqası, 38-ci tur
12 may
Brayton – Mançester Siti 1:4
Qol: Murrey, 27 – Aquero, 28. Laport, 38. Mahrez, 63. İ.Gündoğan, 72.
Bernli – Arsenal 1:3
Qol: Barnes, 65 – Obameyanq, 52; 63. Nketya, 90.
Kristal Pelas – Bornmut 5:3
Qol: Batşuayi, 24; 32. Simpson, 37-öz qapısına. Aanholt, 65. Tounsend, 80 – Lerma, 45. İbe, 57. Kinq, 73.
Fulhem – Nyukasl 0:4
Qol: Şelvi, 9. A.Peres, 11. Şar, 61. Rondon, 90.
Lester – Çelsi 0:0
Liverpul – Vulverhempton 2:0
Qol: Mane, 17; 81.
Mançester Yunayted – Kardiff Siti 0:2
Qol: Mendes-Leynq, 23-pen; 54.
Sauthempton – Haddersfild 1:1
Qol: Redmond, 41 – Pritçard, 55.
Tottenhem – Everton 2:2
Qol: Dayer, 3. Eriksen, 75 – Uolkot, 69. C.Tosun, 72.
Uotford – Vest Hem 1:4
Qol: Deulofeu, 46 – Noble, 15; 78-pen. Lanzini, 39. Arnautoviç, 71.
Bombardir: Məhəmməd Salah, Sadio Mane (hər ikisi “Liverpul”), Pyer-Emerik Obameyanq (“Arsenal”) – 22 qol.
Bizi Facebook-da izləyin