Premyer Liqada son mövsümün rəmzi komandası məlum oldu

Peşəkar Futbolçular Assosiasiyası (PFA) tərəfindən İngiltərə Premyer Liqasında 2022/23 mövsümünün rəmzi heyəti açıqlanıb.

Komanda.az “transfermarkt” portalına istinadən xəbər verir ki, rəmzi heyətdə “Mançester Siti”dən 5, “Arsenal”dan 4, “Nyukasl” və “Tottenhem”dən isə 1 futbolçu yer alıb:

Qapıçı: Aaron Ramsdeyl (“Arsenal”);

Müdafiəçilər: Vilyam Saliba (“Arsenal”), Con Stons, Ruben Dias (hər ikisi “Mançester Siti”), Kiran Tripyer (“Nyukasl”);

Yarımmüdafiəçilər: Martin Odeqard (“Arsenal”), Rodri Hernandes, Kevin de Bruyne (hər ikisi “Mançester Siti”);

Hücumçular: Harri Keyn (“Tottenhem”), Erlinq Haland (“Mançester Siti”), Bukayo Saka (“Arsenal”).

Xatırladaq ki, “11-lik”də yer alan forvard Harri Keyn 2023/24 mövsümündən etibarən “Bayern”də forma geyinir. Rəmzi komandanın digər hücumçuları – norveçli Haland ötən mövsümün ən yaxşı futbolçusu, ingiltərəli Saka isə ən yaxşı gənc oyunçusu adına yiyələnib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button