Premyer Liqada son 129 ildə belə şey olmamışdı
“Mançester Yunayted” İngiltərə Premyer Liqasının 30-cu turundan təxirə salınan oyunda “Liverpul”a “Enfild Roud”da 0:4 hesabı ilə uduzub.
Komanda.az xəbər verir ki, Ralf Ranqnikin yetirmələri bu məğlubiyyətlə antirekorda imza atıb. MY ilk dövrədəki ev oyununda daha ağır məğlubiyyət almışdı – 0:5. Bununla da, “qırmızı şeytanlar” çempionatın iki oyununun cəmində 0:9 hesabı ilə uduzub ki, bu, komandanın Premyer Liqadakı mütləq antirekordudur. İngiltərə çempionatları tarixində son 129 ildə belə məğlubiyyət olmayıb.
Daha ağır məğlubiyyət 1892/93 mövsümündə olub ki, həmin vaxt “Sanderlend” iki oyunun cəmində 11:0 hesabı ilə uduzub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin