
Premyer Liqada son 10 ilin ən yaxşı göstəricisi
“Liverpul” İngiltərə Premyer Liqasının 35-ci turunda “Kardiff Siti”ni 2:0 hesabıyla məğlub edib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, bu qarşılaşmada qapısını toxunulmaz saxlayan Alisson Bekker, yerli çempionatda 19-cu “quru oyun”unu keçirib. Bu, Premyer Liqada son 10 ilin ən yaxşı göstəricisidir.
Bekkerdən əvvəl, 2008/09 mövsümündə “Mançester Yunayted”in qapıçısı Edvin van der Sar Premyer Liqada 21 oyunda qapısını toxunulmaz saxlamışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin