
Premyer Liqada sentyabrın ən yaxşı futbolçusu məlum oldu
İngiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşı oyunçusu məlum olub.
Komanda.az xəbər verir ki, “Mançester Siti”nin hücumçusu Erlinq Haland ötən ayın ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Norveçli forvard karyerası ərzində 4-cü dəfə bu mükafatı qazanıb.
Haland sentyabr ayında ölkə çempionatında meydana çıxdığı 3 matçda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



