“Premyer Liqada qalmaq üçün “Şamaxı” ilə vuruşmalıyıq” – Şahin Diniyev

“Səbail” Azərbaycan Premyer Liqasının 28-ci turunda səfərdə “Kəpəz”ə minimal hesabla məğlub olub.

Komanda.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Səbail”in baş məşqçisi Şahin Diniyev matçla bağlı fikirlərini bildirib:

“Gərgin oyun oldu, 6 xala bərabər matç idi. Ən azı uduzmamalı idik. Futbolçular ikinci hissədə dayandılar. Belə meydanda oynamaq çətindir. Son dəqiqələrdə üç hücumçu ilə oynadıq. Hələ heç nə bitməyib. Premyer Liqada qalmaq üçün “Şamaxı” ilə vuruşmalıyıq. Ümidliyəm. Qarşıda səkkiz oyun qalıb. Bu komanda oyununa görə Premyer Liqada qalmağa layiqdir. Maksimum xallar qazanmağa çalışacağıq. Yolumuza davam edəcəyik. Daha çox psixoloji hazırlığa fikir veririk. Futbolçular uduzmaqdan qorxur. Qorxursansa, bu başına gələcək. Ən böyük problemimiz psixologiya ilə bağlıdır.

Futbolçularım haqda mənfi fikirlər səsləndirmək istəmirəm. Ustalıq səviyyəsi çatışmır. Bunu psixologiyanın da üstünə atmaq olar. Amma iki metrdən qol vura bilmiriksə, bunun psixoloji durumla əlaqəsi yoxdur. Birdən-birə nəyisə dəyişmək olmur. Səkkiz xal toplamışıq. Əvvəldən xalımız çox olsaydı, indi daha rahat idik. Reallıqla barışıb, mübarizə aparacağıq. Hər şeyin altında faktlar dayanır. Fakt da odur ki, uduzmuşuq”.

Diniyev Gəncə stadionunun qazonunun bərbad vəziyyətdə olması haqda da danışıb:

“Burada futbol oynamaq olmaz. Futbolçuların ayağı yerə batırdı, hərəkət etmək olmurdu. İkinci hissədə futbolçularım dayandılar. Çünki qaça bilmirdilər. Meydança çox pis vəziyyətdədir. Futbolçuları qorumaq üçün burada oynamaq olmaz”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button