Sayılmayan qol epizoduna görə üzr istədilər – 9 min oyun idi ki… FOTOLAR

İngiltərə Premyer Liqasında mübahisəli epizodlarda qolun müəyyənləşdirilməsinə cavabdeh olan “Houk-Ay” şirkəti “Şeffild Yunayted” klubundan üzr istəyib.

Komanda.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Xəbərdə, “Houk-Ay” şirkətinin “Aston Villla” – “Şeffild Yunayted” matçında qonaqların 42-ci dəqiqədəki epizodunda topun qapı xəttini keçdiyini və qol olaraq qeydə alınmadığı üçün üzr istədiyi bildirilib. Şirkətdən, 9 min oyundur ki, belə şeyə rastlamadıqları da deyilib.

“Aston Villa” – “Şeffild Yunayted” matçı qolsuz bərabərliklə bitib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button