“Fikirləşirəm ki, Azərbaycan Premyer Liqası bitsə, daha yaxşıdır”
Azərbaycanda yayılan koronavirus pandemiyası Premyer Liqada mövsümün dayanmasına səbəb olub.
PFL bir müddət əvvəl cari mövsümün mayın 23-də bərpa oluna biləcəyini açıqlasa da, turnir yenidən təxirə salına bilər. Buna səbəb, ölkədə karantin rejiminin uzadlılması və 31 maya qədər idman fəaliyyətlərinə qoyulan qadağanın aradan qalxmamasıdır.
Premyer Liqada mövsümün taleyi və çempionatın mümkün bərpası haqda “Zirə”nin sabiq baş məşqçisi Samir Abasovla danışdıq. Komanda.az-a açıqlama verən Abasov, çempionatın erkən yekunlaşdırılmasının tərəfdarı olduğunu bildirdi:
“Özüm də maraqdayam ki, necə olacaq. Çünki mayın 31-dən sonra necə olacağı məlum deyil. Bu sonu olan bəladan nə vaxt qurtulacağımız bilinmir. Sonunun nə zaman gələcəyi bəlli olmadığı bəlaya düşmüşük. Bu gün qərar verənlər də bilmir ki, ayın 31-dən sonra necə olacaq. Vallah, çox çətin sualdır. Onların yerində mən olsam, fikirləşərəm ki, necə edim. Düşünürəm ki, mayın 31-nə qədər möhlət götürmüşük. Qərar verənləri də başa düşmək lazımdır. Qalıblar belə ki, nə etsinlər. Mən belə fikirləşirəm ki, Azərbaycan Premyer Liqası bitsə, daha yaxşıdır. İndi qalıblar ki, olacaqmı, yoxsa olmayacaqmı. Ayıq başla düşünəndə, ən yaxşısı bitirməkdir. Çünki hazırda iki seçim arasında qalınıb”.
Şahin Cəfərov
Bizi Facebook-da izləyin