
Premyer Liqada mövsümün rəmzi komandası açıqlandı – SİYAHI
İngiltərə Premyer Liqasında 2024/25 mövsümünün rəmzi komandası müəyyənləşib.
Komanda.az xəbər verir ki, “Goal” nəşrinin siyahısında ən çox futbolçu ilə çempion “Liverpul” təmsil olunub – 5 oyunçu. Digər komandaların hərəsindən bir futbolçu yer alıb.
Premyer Liqada mövsümün rəmzi komandası belədir:
Qapıçı: Mats Sels (“Nottingem Forest”);
Müdafiəçilər: Vircil van Dayk, Trent Aleksander-Arnold (hər ikisi “Liverpul”), Qabriel Maqalayes (“Arsenal”), Entoni Robinson (“Fulhem”);
Yarımmüdafiəçilər: Rayan Qravenberx, Aleksis Makallister (hər ikisi “Liverpul”), Koul Palmer (“Çelsi”);
Hücumçular: Məhəmməd Salah (“Liverpul”), Aleksander İsak (“Nyukasl”), Bryan Mbemo (“Brentford”).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin