“Premyer Liqada mövsümün nəticələri ləğv olunmalıdı”

“Mançester Yunayted”in sabiq ulduzu Rio Ferdinand koronavirus pandemiyası ilə əlaqədar yarıda dayandırılmış İngiltərə Premyer Liqasının 2019/20 mövsümünün aqibəti ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, bu mövsümün ləğv edilməsini və nəticələrin də etibarsız sayılmasını təklif edib:

“Mançester Yunayted”i dəstəklədiyim üçün çempionatın ləğvini istədiyimi düşünən çoxlu “Liverpul” fanatı olacağını bilirəm. Amma bu fikirləri ona görə demirəm. Sadəcə, sağlamlığımızı təhlükəyə atmamaq üçün başqa yol görmürəm. Bütün qərarlar bağlı qapılar arxasında verilir, amma oyunçular hələ də meydana çıxırlar. Məgər futbolçular bu cəmiyyətin bir parçası deyilmi? Pandemiyadan tam qurtulduqdan sonra Premyer Liqada mövsümə təmiz bir səhifədən başlamaq lazımdı. Müalicə alan, tam sağalmamış, yaxud da bu virusu daşıyan oyunçular var. Bu üzdən digər futbolçular da koronavirusa yoluxa bilər. Oyunlar keçiriləcəyi halda, stadionlarda da müəyyən insanların çalışmasına ehtiyac var. Bu üzdən meydana çıxmağın ədalətli olmadığını düşünürəm. Futbolu hamımız çox sevirik, elə mən də. Amma bu vəziyyət çox ciddidi”.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında mövsümün geridə qalan 29 turu ərzində 82 xal toplamış “Liverpul” zirvədə qərarlaşıb. Bu komandanın ən yaxın izləyicisi “Mançester Siti” isə liderdən 25 xal geri qalır. Mövsümün sonuna 9 tur qalmış “Liverpul”a cəmi 2 qələbə lazımdı ki, çempionluğu rəsmiləşdirsin.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button