Premyer Liqada mövsümün ilk baş məşqçi istefası

İngiltərənin “Şeffild Yunayted” klubu baş məşqçisi Pol Hekinqbottomla yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

46 yaşlı mütəxəssislə yanaşı, köməkçiləri Stüart Makkal və Mark Hadson da komanda ilə vidalaşıb.

Bu, Premyer Liqanın 2023/2024 mövsümündə ilk baş məşqçi istefasıdır. 2021-ci ildən “Şeffild Yunayted”in “sükanı arxasında” olan Hekinqbottom 2022/2023 mövsümündə komandanı əsas liqaya yüksəldib. Klub hazırda 5 xalla sonuncu – 20-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button