Premyer Liqada mart ayının ən yaxşı futbolçusu məlum olub
“Fulhem”in hücumçusu Rodriqo Muniz mart ayında İngiltərə Premyer Liqasının ən yaxşı oyunçusu seçilib.
Komanda.az xəbər verir ki, braziliyalı futbolçu ötən ay İngiltərənin yüksək liqasında 4 matçda 4 qol vurub və 1 məhsuldar ötürmə edib.
Muniz “Flamenqo”nun yetirməsidir. 22 yaşlı hücumçu 2021-ci ildən “Fulhem”də oynayır. Onun London klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədərdir. Muniz bu mövsüm bütün turnirlərdə 27 oyun keçirib, 9 qol vurub və 1 məhsuldar ötürmə edib.
“Fulhem” bu mövsüm İngiltərə Premyer Liqasında 32 turdan sonra 39 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin