Premyer Liqada məhsuldarlıq rekordu təkrarlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısının startı yüksək məhsuldarlıqla seçilib.

Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 19-cu turda ümumilikdə 18 qol vurulub.

“Kəpəz” – “Qəbələ” (2:2), “Turan Tovuz” – “Qarabağ” (2:3), “Zirə” – “Sumqayıt” (3:1), “Şamaxı” – “Səbail” (2:1) və “Sabah” – “Neftçi” (2:0) matçlarının keçirildiyi turda orta məhsuldarlıq 3,60-a bərabər olub.

Bu, 2022/2023 mövsümünün rekordunun təkrarıdır. Cari çempionatın 2-ci və 7-ci turunda da 18 qol qeydə alınıb.

Daha yüksək məhsuldarlıq sonuncu dəfə ötən mövsümün 10-cu turunda qeydə alınıb. 2021-ci il noyabrın 6-7-dəki turun 4 matçında 17 qol vurulub və orta göstərici 4,25-ə bərabər olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button