Premyer Liqada koronavirusla bağlı sanitar qaydalar ləğv edildi
Futbol üzrə Rusiya liqalarında koronavirusla bağlı bütün sanitariya qaydaları ləğv olunub.
Komanda.az xəbər verir ki, bununla bağlı qərar Rusiya Futbol İttifaqının (RFS) İcraiyyə Komitəsi Bürosunun son iclasında qəbul edilib.
Bildirilib ki, yarış iştirakçıları bundan sonra Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidmətinin (“Rospotrebnadzor”) norma və tələblərinə ciddi riayət etməlidirlər.
Tibb Komitəsinin rəhbəri Eduard Bezuqlov yaxın gələcəkdə Premyer Liqada məcburi PCR testinin də ləğv ediləcəyini söyləyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin