Premyer Liqada dekabr ayının ən yaxşı futbolçusu bilindi

“Bornmut”un hücumçusu Dominik Solanke Premyer Liqada dekabr ayının ən yaxşı futbolçusu seçilib.

Komanda.az xəbər verir ki, ötən ay forvard İngiltərə çempionatında 6 oyunda 6 qol vurub.

Solanke “Bornmut” tarixində Premyer Liqada ayın oyunçusu mükafatını alan ilk futbolçu olub.

Premyer Liqada dekabr ayının ən yaxşı futbolçusu adına Solanke ilə yanaşı, onun komanda yoldaşı Markos Senesi, həmçinin Trent Aleksander-Arnold (“Liverpul”), Mateus Cunya (“Vulverhempton”) və Mohammed Kudus (“Vest Hem”) iddialı idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button